“İnter”də derbi öncəsi daha bir itki
22.02.2013 - 23:27
İtaliya “İnter”i daha bir futbolçusunu itirib. Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyun günündə səfərdə ÇFR-lə (3:0) qarşılaşmada müdafiəçisi Andrea Ranokkya zədələnərək sıradan çıxıb.
Gənc futbolçunun zədəsinin ciddi olduğu və A seriyasının 26-cı turunda “İnter”in əzəli rəqibi “Milan”la oyunda meydana çıxmayacağı müəyyənləşib.
Qeyd edək ki, “İnter”də Matias Silvestre, Dieqo Milito və Coel Obi də zədəli olduğu üçün Milan derbisində forma geyinə bilməyəcək.

- “Nottingem”in yeni baş məşqçisi bəlli olub - RƏSMİ
- “Bavariya” rəhbərliyi qərarını verdi: Kompani ilə yola davam
- Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"
- Xabi Alonso: “Arda, Mesut Özil və Quti Hernandezin qarışığıdır"
0
0