Nəziri “Petrolul”da ictimaiyyətə rəsmən təqdim edildi
23.02.2013 - 02:05
Nəziri “Petrolul”da ictimaiyyətə rəsmən təqdim edildi
Azərbaycan millisinin futbolçusu Elhad Nəziri yeni komandası “Petrolul”da ictimaətə rəsmən təqdim edilib. Apasport.az saytının məlumatına görə, Rumıniya klubu təşkil etdiyi mətbuat konfransında yığmamızın müdafiəçindən başqa daha 4 futbolçu ilə anlaşdığını rəsmən açıqlayıb.

“Petrolul”un yeni transfer etdiyi bu beş futbolçudan - Qualberto Mojika, Romario Santos Pires, Renan da Silva və Florensiya Sauvadetdən ən gənci Nəziridir.

20 yaşlı futbolçumuzun təqdim etmə mərasimi zamanı, klubun idman direktoru Marius Nikolae mətbuat konfransında Elhad haqda bunları deyib: “Nəziri öz milli komandalarının oyunçusudur. Mən Antalyada hazırlıq matçında onun 2 oyununu izlədim. Daha sonra biz onun transferi haqda öz qərarımızı verdik”.