Robin van Persi ciddi zədələnib
24.02.2013 - 01:07
Robin van Persi ciddi zədələnib
“Mançester Yunayted”in hücumçusu Robin van Persi bir müddət komandasına kömək edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, buna İngiltərə Premyer Liqasının 27-ci turunda səfərdə KPR-lə (2:0) qarşılaşmada zədələməsi səbəb olub.

Van Persinin zədələnməsi isə maraqlı olub. Belə ki, matçın ilk hissəsinin sonlarında forvardın beli stadionun kənarındakı kameraya dəyib. Tibbi müayinədən sonra onun zədəsini ciddi olduğu müəyyənləşib. Qarşılaşmaya davam edə bilməyən Robinin yerinə 41-ci dəqiqədə Denni Uelbek daxil olub.

Qeyd edək ki, zədəsi ciddi olan Van Persinin Çempionlar Liqasının “Real”la cavab qarşılaşmasında oynamaq ehtimalının az olduğu açıqlanıb.
0