“Mövsümün sonunda ən azı mükafatçılar sırasına düşməliyik”
24.02.2013 - 13:03
"Maraqlı və gərgin oyun keçdi. Çətin oyun olacağını bilirdik. Hər iki komanda qələbə qazanmaq üçün meydançaya çıxmışdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Yannik Kamanan deyib.
Son 2 oyunda 3 qol vuran hücumçu “Xəzər Lənkəran”la dubl etdiyi qarşılaşmadan (2:0) sonra klubun rəsmi saytına açıqlama verib: “Amma ilk dəqiqədən rəqibin qapısına yol tapdıq və nəticədə vacib 3 xal qazandıq. 2 dəfə fərqləndim. Bu mənim üçün sevindirici haldır. Amma bu təkcə mənim uğurum deyil. Bu gün komanda olaraq üstün mübarizə apardıq. Qol vururamsa, bu komanda yoldaşlarımın oyunu sayəsində baş tutur".
Kamanan açıqlamasında gələcək hədəflərdən də danışıb: "İlkin hədəfimiz ilk altılıqda yerimizi təmin etmək idi. Bunun öhdəsindən gəldik. Artıq əsas hədəfimiz barədə düşünürük. Cari mövsümün sonunda ən azı mükafatçılar sırasına düşməliyik. Diqqətimizi eyni hədəfə yönəltmişik. Bu məqsədə nail olmaq üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam".

0
0