Joze Mourinyo etiraf etdi
25.02.2013 - 21:00
“Real”ın baş məşqçisi Joze Mourinyo sabah keçiriləcək “El Klassiko”dan əvvəl bu gün mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı çalışdırıcı hər iki klubun çıxışını dəyərləndirərkən, bir də etiraf edib.
O, komandasının bu qarşılaşmaya tam hazır olduğunu vurğulayıb: “Bu matçın atmosferində qeyri-adi bir şey yoxdur. Hamımızın ən keflə izlədiyi və oynamaq üçün varını yoxunu ortaya qoyduğu bir qarşılaşmadan bəhs edirik. Mövsüm boyunca oynadığımız bütün matçların bu ölçüdə əhəmiyyət kəsb etməsi və çətinlik dərəcəsinin yüksək olmasını üstün tuturam. Niyə deyə soruşacaqsınız. Çünki biz tam hazırıq. “Barselona” ilə oynayacağımız iki görüş və daha sonra Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyun günüdə “Mançester Yunnayated”lə qarşılaşma üçün indidən səbirsizlənirik. İspaniya Kral kubokunun cavab matçında ”Barselona” qarşısına çıxaracaq start heyəti isə hələ dəqiqləşdirməmişəm. Mənim kimdənsə bir şey saxlamağa niyyətim yoxdur”.
Mourinyo Tito Villanovanın xəstəliyi ilə əlaqədar olaraq “Barselona”nı meydana çıxaracaq Jordi Rouranın matçın hakiminə şübhə ilə yanaşmasına da fikir bildirib: “Barselona ilə keçirdiyimiz oyunlardan aldığımız dərslər var. Rəqibimiz hər dəfə hakimin bizə tərəf çıxdığından şikayət edir. Bu işlərdə çox yaxşı olduqlarını qəbul etmək lazımdır”.

0
0