“Mançester Yunayted” Burak Yılmazı 15 milyon avroya alır
26.02.2013 - 09:19
“Mançester Yunayted” Burak Yılmazı 15 milyon avroya alır
“Mançester Yunayted” “Qalatasaray”ın futbolçusu Burak Yılmazı transfer etməyi planlaşdırır. Apasport.az saytının məlumatına görə, ingilislərin baş məşqçisi Aleks Ferqyuson 27 yaşlı hücumçunu hələ qrup mərhələsində birgə oynadıqları vaxtdan gözaltı edib.

Yılmaz turnirdə 7 oyunda 7 qol vurub ki, bunlardan biri elə Mançester təmsilçisi ilə oyuna təsadüf edib. İngilislər Türkiyə yığmasının da üzvü olan futbolçunu yayda 15 milyon avroya alacaq.

Qeyd edək ki, Yılmaz ötən yay “Trabzonspor”dan “Qalatasaray”a 5 milyon avroya keçib.