Maradona özünü Messi ilə müqayisə etdi
27.02.2013 - 01:18
Maradona özünü Messi ilə müqayisə etdi
“Ümid edirəm ki, Lionel Messi Argentinaya dünya çempionluğunu qazandıracaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri dünya futbolunun əfsanəsi Dieqo Maradona deyib. O, Neapolda mətbuat konfransı keçirib.

Maradona Leonu çox gözəl oyunçu hesab etsə də, özünü bütün zamanların ən yaxşısı olaraq adlandırıb: “Lakin bunu bacarmaq çətin olacaq. Çünki hamı onun yaxşı bilir. “Milan”la matçda rəqib futbolçular onu necə bağladığını siz özünüz də yaxşı gördünüz. Messini çox gözəl oyunçu hesab edirəm. Amma mən ən yaxşı futbolçu idim”.