Lionel Messi Roberto Karlosa çatdı
27.02.2013 - 07:55
“Barselona”nın ulduz oyunçusu Lionel Messi İspaniya Kral kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında 24-cü dəfə forma geyinərək “El Klassiko”da Roberto Karlosdan sonra bunu bacaran ikinci əcnəbi futbolçu ünvanına sahib olub. Apasport.az saytının məlumatına görə, 1996-2007-ci illər arasında “Real”ın heyətində 370 dəfə meydana çıxan braziliyalı veteran müdafiəçi də “Barseloya” qarşı 24 dəfə mübarizə aparıb.
Digər tərəfdən Lionel Messi bu mövsüm Kataloniya təmsilçisi ilə çıxdığı 38 qarşılaşmada 49 dəfə rəqib qapıçılarını cəzalandırıb. Həmçinin 25 yaşlı hücumçu 23 “El Klassiko”da 17 qol vurub və klubunda ən çox fərqlənən futbolçu ünvanına sahibdir.
Qeyd edək ki, “Barselona” İspaniya Kral kubokunun yarımfinal mərhələsinin cavab matçında “Real”a uduzmaqla həm turnirlə vidalaşıb, həm də “Nou Kamp”da 22 oyunluq qalibiyyət seriyasına son qoyub.

0
0