3 heç-heçə və “Xəzər Lənkəran”dan əzmkar qələbə - YENİLƏNİB
27.02.2013 - 18:52
3 heç-heçə və “Xəzər Lənkəran”dan əzmkar qələbə  - YENİLƏNİB
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, matçların 3-ün heç-heçə bitməyi əsas diqqəti çəkən məqamdır. Yeganə qələbəni səfərdə əzmkarlıq sayəsində qazanan “Xəzər Lənkəran” mərhələ adlamaq vəzifəsini böyük ölçüdə həll edib. Hər halda, “Rəvan”ın Lənkəranda 2 top fərqi ilə qalib gələcəyi inandırıcı görünmür.

Təbii ki, kubokda səfərdə vurulan qolun əhəmiyyəti böyük olduğundan, bunu gerçəkləşdirən “Qarabağ”la “İnter” də yarımfinala daha şanslıdır. “Neftçi” də səfərdən bərabərliklə qayıtsa da, “Simurq” evdə qol buraxmadı Bu isə o deməkdir ki, zaqatalalılar səfərdə istənilən qollu heç-heçə ilə mərhələ adlamış olacaq.


27 fevral
“Qəbələ” – “Qarabağ” - 1:1
QOLLAR: Dodo, 33 - Vüqar Nadirov, 56
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov
Qəbələ. Şəhər stadionu

“Bakı” – “İnter” - 1:1
QOLLAR: Aqil Nəbiyev, 90+2 İlya Kandelaki, 81
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Orxan Məmmədov
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu

“Simurq” – “Neftçi” - 0:0
Hakimlər: Fariz Yusifov, Elman Musayev, İsgəndər Əliyev, Ömər Paşayev
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

“Rəvan” – “Xəzər Lənkəran” - 1:2
QOLLAR: Miloş Zeçeviç, 5 - Rahid Əmirquliyev, 73, Uğur Pamuk, 80
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Coşqun Həsənov, Ramil Diniyev
Bakı. “Bayıl Arena” stadionu

Qeyd edək ki, cavab oyunları martın 7-də keçiriləcək.