“Barselona”nın qənimi - FOTO
27.02.2013 - 10:08
“Real” klubunun futbolçusu Kriştianu Ronaldo “Barselona”nın qapısına vurduğu qolların sayını 12-yə çatdırıb. Apasport.az saytının məlumatına görə, ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunundakı 3:1 hesablı səfər qələbəsinə dublla töhfə verən portuqaliyalı bu göstəricidə 4-cü pilləyə yüksəlib.
“Barselona”nın “Real”dakı əsas qənimi isə əfsanəvi Alfredo di Stefanodur. O, kataloniyalıları 18 dəfə məyus edib. Raul 15, Pako Hento isə 14 dəfə “Real”a qol sevinci bəxş edib. Ronaldo kimi Karlos Santilyana da 12 dəfə buna nail olub.
Ronaldo ardıcıl 6 oyundur “Nou Kamp”ı qolsuz tərk etmir. Son 2 matçda dubla imza atan portuqaliyalı ümumilikdə bu stadionda 8 dəfə “Barselona”nı məyus edib. “Real”ın futbolçularından səfərdə ən çox qol vuran Hentodur – 11 qol.
Qeyd edək ki, Ronaldo cari mövsümdə ümumilikdə 39 qol vurub.

- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0