“Qurbanov komandanın bir parçasına çevrilib”
27.02.2013 - 11:47
“Qurbanov komandanın bir parçasına çevrilib”
Azərbaycan millisinin futbolçusu Şamil Qurbanov yeni transfer olunduğu Rusiyanın “Baltika” klubunda özünü yaxşı tərəfdən göstərə bilib. Apasport.az saytının məlumatına görə, 19 yaşlı müdafiəçi yeni komandasına uyğunlaşa bilib.

Kalininqrad təmsilçisinin baş məşqçisi Yevgeni Perevertaylo da U-21-in üzvündən razı qaldığını açıqlayıb: “Çox şadam ki, yeni futbolçularımız komandaya tam uyğunlaşıblar. Müdafiəçilər Kirill Maruşak və Şamil Qurbanov artıq komandanın bir parçasına çevrilib”.

Qeyd edək ki, Qurbanov bunadək Nijni-Novqorodun “Volqa” klubunda çıxış edib.
0