Türkiyə Avro-2020-dən imtina etdi
27.02.2013 - 12:06
Türkiyə Avro-2020-nin oyunlarını qəbul etmək niyyətində deyil. Apasport.az saytının məlumatına görə, bu ölkə qitə çempionatının final mərhələsinin görüşlərini keçirməyə namizədliyini verməyəcək.
UEFA prezidenti Mişel Platini yarımfinal və final matçlarını qəbul etməyə ən yüksək şansların Türkiyədə olduğunu açıqlasa da, bu ölkənin futbol federasiyası eyni fikirdə deyil. Buna səbəb isə Olimpiada-2020-dir.
Belə ki, türkiyəlilər dördilliyin ən mötəbər yarışına ev sahibliyinə iddialıdır. Həmin yarışı qəbul edəcək şəhər isə bu ilin sentyabrında açıqlanacaq. Türkiyə həm olimpiada, həm də qitə çempionatına ev sahibliyi etməyi çətin saydığından sonuncu turnirdən imtina edib.
Qeyd edək ki, 2020-ci ildəki qitə çempionatının final mərhələsini qəbul etməyə Azərbaycan və Ukrayna namizədliyini verəcəyini açıqlayıb. Ölkəmizin namizəd şəhəri Bakı olacaq. Həlledici mərhələ isə 13 şəhərdə keçiriləcək. Bunlardan 12-si qrup mərhələsinin 3 oyununu və pley-offda (1/8 və 1/4) 1 görüşü qəbul edəcək. 13-cü şəhər isə yarımfinal və finala ev sahibliyi edəcək.
Hər ölkə 2 sifariş edə bilər: birincisi 4 oyun qəbul edəcək 12 şəhərdən biri olmağa, digəri isə həlledici 3 matç üçün.

0
0