“Qəbələ” ilə oyun xoşuma gəldi”
27.02.2013 - 17:02
“Çempionata hazırlıq çərçivəsində 2 toplanış keçirdik. 1-ci mərhələdə 2 həftə Moldovada olduq, 2-ci mərhələdə isə 20 gün Türkiyədə hazırlaşdıq”. Apasport.az saytının məlumatına görə, bunu Moldovanın “Milsami” klubunun idman direktoru Veniamin Sosnovski deyib.
Orhey təmsilçisinin nümayəndəsi Moldova çempionatının başlamasına günlər qalmış keçirdikləri hazırlıqlar, komandaya cəlb olunmuş və komandadan ayrılmış futbolçular, o cümlədən klubun hədəfləri haqda danışıb. O, Antalyadakı yoxlama oyunları haqda danışarkən “Qəbələ” ilə 2:2 və BATE ilə 0:0 başa çatan matçları da xatırlayıb: “Hazırlıq üçün bizim yaxşı şəraitimiz vardı. Futbolçular da özlərini pis tərəfdən göstərmədi. Mənim “Qəbələ” və BATE ilə oyunlar xoşuma gəldi. Onlar həmin matçlarda kifayət qədər yüksək ritmli oyun göstərdilər. Ümid edirəm ki, çempionatda da belə oynayacaqlar”.
Hədəflərinin Avroliqaya düşmək, ölkə kubokunu qazanmaq və bürünc medallara yiyələnmək olduğunu bildirən Sosnovski komandadan gedən futbolçulardan danışarkən Elhad Nəzirinin gedişinə də toxunub: “Hazırda biz 4 oyunçu ilə müqavilə bağlamışıq. Öz növbəsində “Petrolul”a keçən Elhad Nəziri komandanı tərk edib. Ailəvi səbəblərdən Portuqaliyada qalmağa qərar verən Marselo Resende karyerasını başqa klubda davam etdirəcək. O cümlədən daha güclü çempionatda oynamaq istəyən Bruno Simaonun gedəcəyi inandırıcıdır. Hazırda biz onun transferində maraqlı olan komanda ilə danışıqlar aparırıq”.
Qeyd edək ki, Bruno Simao “Xəzər Lənkəran”ın sabiq futbolçusudur. Mirça Rednikin vaxtında Rumıniyanın “Astra” klubundan gələn portuqaliyalı sol cinah müdafiəçisi ölkəmizdə cəmi 6 ay çıxış etmişdi.

0
0