Finlandiya – Azərbaycan oyununun vaxtı dəqiqləşdi
28.02.2013 - 11:55
Finlandiya – Azərbaycan oyununun vaxtı dəqiqləşdi
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Finlandiya ilə keçirəcəyi yoxlama oyununun vaxtı və yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Skandinaviya ölkəsində təlim-məşq toplanışı keçəcək Arif Əsədovun yetirmələrinin martın 18-də baş tutacaq ilk matçı yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə saat 16:00) başlayacaq.

Qarşılaşma paytaxt Helsinkinin Tali qəsəbəsində baş tutacaq. 2008-ci ilə aid olan son statistik göstəricilərə əsasən əhalisi 1078 nəfər olan balaca qəsəbə 1952-ci ildə Yay Olimpiya Oyunlarının atçılıq idmanı yarışlarını qəbul etməsi ilə tanınır.

Qeyd edək ki, Finlandiya ilə matçdan sonra yığmamız martın 22-də və 24-də Estoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə 2 yoldaşlıq oyunu da keçirəcək.