“Azərbaycanla oyuna hazırıq”
28.02.2013 - 16:22
“Avropa çempionatının əsas seçmə mərhələsinə hazır olduğumuzu düşünürəm. Monteneqro üzərində qələbə qazandığımız matçda buna bir daha əmin oldum”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Bosniya və Herseqovina milli komandasının baş məşqçisi Boro Matan deyib.
Avropa çempionatının bu ay baş tutacaq əsas seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən olan balkanlılar yarışa hazırlığı davam etdirir. Lakin mütəxəssis artıq indidən komandasını turnirə hazır sayır. Matan bu fikrə Monteneqro ilə yoxlama oyunundakı 3:1 hesablı qələbədən sonra düşüb: “Bu yoxlama matçında nəticə önəmli olmasa da, yetirmələrim qalib gəldi. Qarşılaşmada bütün oyunçularımıza şans verdim. Onlar Slovakiya, Azərbaycan və Norveçlə bir qrupda mübarizə aparacağımız yarışa hazır olduğunu göstərdi. Düzdür, ikinci hissədə müdafiə xəttində bir az xətalar buraxdıq. Bu da fasilədən sonra meydana buraxılan heyətin nisbətən zəif olmasından irəli gəlirdi. Sadəcə bir az ehtiyatlı olmalıyıq”.
Qeyd edək ki, seçmə oyunlar martın 27-30-da keçiriləcək.

0
0