Millimizin futbolçusu “Rubin”ə qol vurdu
28.02.2013 - 17:35
U-21-in futbolçusu Rizvan Umarov “Anji”nin gənclər komandası ilə birgə hazırlıqlarda iştirak edir. Apasport.az saytının məlumatına görə, İspaniyanın “Elçe” klubunun B komandasından ayrılan gənc futbolçu Mahaçqala klubu ilə Türkiyə toplanışındadır.
“Anji” “Rubin”in gənclər komandası ilə yoxlama oyunu keçirib. Fasilədən sonra Rizvan kazanlıları məyus edib. Bununla belə, tatarlar sonradan hesabı bərabərləşdirə bilib.
Rizvan Umarov bundan öncə “Volqar”la (1:2) baş tutan oyunda da “Anji”nin yeganə qoluna imza atmışdı. O, fevralın 20-də keçirilən matçın 75-ci dəqiqəsində fərqlənmişdi.
Qeyd edək ki, “Anji”nin əvəzedici komandasının Bələkdəki təlim-məşq toplanışı fevralın 16-dan başlayıb. Toplanış martın 3-dək davam edəcək.

0
0