“Neftçi”yə qarşı ikiqat motivasiya ilə oynayırdım” - MÜSAHİBƏ
13.03.2013 - 19:42
“Neftçi”yə qarşı ikiqat motivasiya ilə oynayırdım” - MÜSAHİBƏ
Milli komandanın və “Bakı”nın yarımmüdafiəçisi Cavid Hüseynovun apasport.az saytına müsahibəsi

- Qarşıdan gələn oyunlar haqda fikirləriniz necədir?
- Düşünürəm ki, millinin qarşıdakı oyunlarından nəticə əldə etmək lazımdır. Xal qazanmağımız mütləqdir. İnşallah, uğurlu nəticə qazanarıq.

- Lüksemburqla oyunun videoyazısını izləmisiz?
- Yox. Lüksemburqun oyunlarını izləməmişik. Hələ buna vaxtımız olacaq. Növbəti günlərdə yəqin ki, bir yerdə oyunun təhlili aparılacaq.

- Komandamızın şanslarını necə dəyərləndirirsiz?
- İlk oyunda arxayınlaşmaq olmaz. Ancaq bununla belə, Lüksemburqla oyundan qələbə gözləyirəm. Komandaya bu baxımdan güvənirəm.

- Bəs Portuqaliya ilə matçdan nə gözləyək?
- Portuqaliya isə Portuqaliyadır. Futbolda hər bir nəticə qeydə alınır. Biz də inanırıq ki, Portuqaliya ilə oyundan xalla dönə bilərik. Qarşıdakı oyunlardan ən azı 4 xal götürməyi planlaşdırmışıq.

- “Nefçti” ilə oyunda heç-heçə etdiz. Sizcə, oyunun ədalətli nəticəsi bərabərlik idi?
- Oyuna baxmısızsa, yaxşı çıxış etdik. “Neftçi” kimi güclü komandaya qarşı belə oynamağımız yaxşı və sevindirici haldır. Reallığa baxsaq, ədalətlə yanaşsaq, 2 dəfə dirəkdən topumuz qayıtdı və 1 dəfə isə penaltini qaçırdıq. Deməli, biz qələbəyə layiq idik. Oyunumuz da yaxşı alınmışdı. Ancaq futbolda belə hallar da olur və həmişə ədalətli nəticə qeydə alınmır.

- Sabiq komandanıza qarşı oynadıqda, xüsusi hisslər yaşadınız?
- Əlbəttə ki (gülür). “Neftçi”yə qarşı ikiqat motivasiya ilə oynayırdım.

Səbuhi TOFİQOĞLU