Rio Ferdinand yenidən millidə
14.03.2013 - 21:07
Rio Ferdinand yenidən millidə
DÇ-2014-ün qrup mərhələsində martın 22-də San-Marino və 4 gün sonra Monteneqro ilə qarşılaşacaq İngiltərə millisinin baş məşqçisi Roy Hodson komandaya dəvət etdiyi futbolçuların adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı 34 yaşlı müdafiəçi Rio Ferdinandı yenidən yığmaya çağırıb.

Qeyd edək ki, “Mançester Yunayted”in futbolçusu millinin formasını sonuncu dəfə 2011-ci ildə geyinib.

Qapıçılar: Ben Foster, Co Hart, Freyzer Forster.

Müdafiəçilər: Leyton Beyns, Hari Kehil, Eşli Koul, Maykl Douson, Rio Ferdinand, Qlen Conson, Kris Smollinq, Kayl Uoker.

Yarımmüdafiəçilər: Maykl Kerrik, Tom Kleverli, Stiven Cerrard, Frenk Lempard, Eyron Lennon, Ceyms Milner, Leon Osman, Skott Parker, Aleksi Oksleyd-Çemberlenin, Teo Uolkott, Eşli Yanq.

Hücumçular: Cermeyn Defo, Ueyn Runi, Deniel Starridc, Deniel Uelbek.