“Nyukasl” istədiyini reallaşdırdı”
15.03.2013 - 06:21
“Nyukasl” istədiyini reallaşdırdı”
Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyun günündə səfərdə “Nyukasl”a məğlub olub turnirlə vidalaşan “Anji”nin baş məşqçisi Qus Hiddink qarşılaşmadan sonra mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssis matça yaxşı start verdiklərini bildirib.

O, bu məğlubiyyətin komandası üçün çox acı olduğunu vurğulayıb: “Biz oyuna çox yaxşı başladıq. Artıq matçın 17 dəqiqədə nəticəsini həll edə bilərdik. Biz Karsela Qonzalesin sarı vərəqə aldığı zaman əvəz etmək istəyirdik. Amma sadəcə bunu etməyə vaxt tapa bilmədik. “Anji” rəqibi ilə bərabər səviyyəli oyun keçirdi. “Nyukasl” istədiyini reallaşdırdı. Bu bizim üçün çox acıdır. Çünki qapımızdan son dəqiqədə qol buraxdıq. Mən buna çox məyus oldum”.