Avroliqada fərqləndi, komandasının tarixinə düşdü
15.03.2013 - 07:00
Avroliqada fərqləndi, komandasının tarixinə düşdü
“Fənərbaxça”nın gənc futbolçusu Salih Uçan komandasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 1994-cü il təvəllüdlü oyunçu Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyun günündə “Viktoriya” (1:1) ilə qarşılaşmanın 44-cü dəqiqəsində hesabı açıb.

O, bu qolla İstanbul klubunun heyətində avrokuboklarda fərqlənən ən gənc futbolçu olub. Həmçinin Salih “Fənərbaxça”da ilk qoluna imza atıb.

Qeyd edək ki, Salih Uçan “sarı bülbüllər”ə mövsümün əvvəlində “Bursaspor”dan keçirib.