Rail Məlikov çox peşmandı
15.03.2013 - 07:42
Rail Məlikov çox peşmandı
“Hakimlə lazımsız olmayan bir dialoq üzündən 5 turdu formaya həsrət qalmışam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Denizlispor” klubunun şərəfini qoruyan azərbaycanlı futbolçu Rail Məlikov deyib.

PTT 1-ci liqanın 20-ci turunda “Adana Demirspor”la qarşılaşmada qırmızı vərəqə aldıqdan sonra üç oyunluq cəza alan, daha sonra “Çaykur Rizəspor”la matçda ehtiyat heyətdə yer alan Məlikov, bir daha hakimə etiraz etməyəcəyini bildirib: “Artıq tövbə etmişəm. Oyun vaxtı nə hakimə, nə rəqib oyunçuya ağzımı belə açmayacağam. Komanda yoldaşlarımla yaxşı rəqabət yaratmışıq. Yenidən heyətə dönmək üçün çox çalışıram”.