Rummenigge: Qələbə özü ilə gəlməyəcək
15.03.2013 - 22:50
Rummenigge: Qələbə özü ilə gəlməyəcək
“Bavariya”nın idarə heyətinin sədri Karl-Hayns Rummenigge Çempionlar Liqasının 1/4 final mərhələsində “Yuventus”la üz-üzə gələcəkləri ilə bağlı fikirlərini səsləndirib. Apasport.az saytının məlumatına görə, Almaniyanın məşhur futbolçularından olan klub nümayəndəsi güclü bir rəqiblə düşdüklərini ifadə edib.

O, qələbənin özü ilə gəlməyəcəyini vurğulayıb: “Biz “Yuventus”a qarşı cürbəcür oynamışıq. Amma sonuncu dəfə 4:1 hesabı ilə qalib gəldik. Yarımfinala çıxmaq üçün bizə iki uğurlu gün lazım olacaq. Qələbə özü ilə gəlməyəcək. Mən bunu xəbərdarlıq edirəm”.