Ruy Koşta: Sonra qədər mübarizə aparacağıq
16.03.2013 - 06:50
Ruy Koşta: Sonra qədər mübarizə aparacağıq
“8 ən güclü komanda arasında yer alırıq. “Nyukasl” layiqli rəqibdir”. Apasport.az saytının məlumatına görə, bu sözlərə “Benfika”nın idman direktoru Ruy Koşta deyib. O, Avroliqanın 1/4 finalın püşk atma mərasiminin nəticəsindən sonra “Nyukasl”la qarşılaşacaqları oyunu dəyərləndirib.

Koşta Portuqaliya klubunun yarımfinala keçəcəyinə inanır: “Amma biz özümüzə inanırıq. Bütün gücümüzü ortaya qoyacağıq ki, növbəti mərhələyə keçək. Mənə elə gəlir ki, bütün komandalar bizimlə qarşılaşmaqdan qaçmaq istəyirdi. İnsanlar bizim işimizi və bizim qələbələrimizi yüksək qiymətləndirirlər. Bu da məni həyəcanlandırmır. Biz yaxşı hazırlaşacağıq və imkan daxilində sonra qədər mübarizə aparacağıq”.

Qeyd edək ki, “Benfika” ilə “Nyukasl” arasında ilk matç aprelin 4-də Lissabonda, cavab oyunu isə aprelin 11-də Nyukaslda keçiriləcək.