Joze Alesionun yubileyləri
29.03.2013 - 10:39
Joze Alesionun yubileyləri
Avropa çempionatının əsas seçmə mərhələsinin Bosniya və Herseqovina ilə oyunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, braziliyalı mütəxəssis yığmamızı dünya və Avropa çempionatlarında yubiley – 20-ci matçına çıxarıb.

DÇ-2012-nin seçmə mərhələsinin 3, pley-offun 2 matçında iş başında olan Joze Alesio qitə miqyaslı turnirdə daha çox qarşılaşmada yığmamıza rəhbərlik edib. O, 2 final mərhələsində - Avro-2010-da 5, Avro-2012-də 2 görüşdə millimizin başında durub. Bu 2 turnirin seçmə mərhələlərində eyni sayda 3 matç keçirən yığmamız cənubi amerikalı ilə indiki yarışda 2-ci dəfə meydana çıxdı. Bununla, Avropada 15-ci, ümumiyyətlə 20-ci dəfə Alesio komandamızın “sükanı arxasında” durdu.

Bu oyunlardan 6-da uduzub, 4-də heç-heçə edən futzalçılarımız Bosniya və Herseqovinanı yenməklə cənubi amerikalıya yubiley – 10-cu qələbənin sevincini bəxş edib. Bu görüşlərdə komandamız 67 top vurub və 57-ni buraxıb.