"Roma" gənc ulduzu transfer edir
18.08.2026 - 10:36
“Roma” “Porto”nun 19 yaşlı yarımmüdafiəçisi Rodriqo Moranın transferi ilə bağlı razılıq əldə edib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İtaliya klubu portuqaliyalı futbolçu üçün 25 milyon avro ödəyəcək.
Razılaşmaya “Porto”nun Moranın gələcək satışından 50 faiz pay alması şərti də daxil edilib. Bununla yanaşı, “Roma” gələcəkdə futbolçunun hüquqlarının qalan 50 faizini də almaq imkanına sahib olacaq.
Transferlə bağlı sənədlərin “Porto”nun prezidenti Andre Villaş-Boaş tərəfindən artıq imzalandığı bildirilir.
0
0