Keçilər, sirli zədə, qəbiristanlıq və Mpenza yaddan çıxdı
29.03.2013 - 11:46
Rusiyalı futbolçu Andrey Arşavinin Azərbaycan klublarından birinə mümkün transferi böyük marağa səbəb olub. Apasport.az saytının məlumatına görə, “Sovetski sport” qəzeti bununla bağlı xüsusi araşdırma aparıb.
Həmkarlarımız Azərbaycana gəlib-getmiş 5 ən məşhur legionerin siyahısını tərtib ediblər. Rusiyalılar hətta Artyom Bezrodnının da ölkəmizdə oynayan legionerlər siyahısında yer almasını xüsusi qabardıblar.
Valentin Belkeviçi ilk sırada göstərən rusiyalılar onun ölkəmizə gəlməyə peşman olduğunu yazıblar: “Bakı “İnter”i ilə müqavilə imzalayıb, karyerasını bitirməməyə peşman oldu. Azərbaycana da bu fikirləri ilə yollandı. Kiyev “Dinamo”sunun sabiq liderinin ulduz dövrü bitdikdən sonra Azərbaycana çağırılmışdı. Qafqaz adət ənənələri, yad dil, məşq bazası ətrafında otlayan keçilər... Bütün bunlar Belkeviçin heç xoşuna gəlmədi. Cəmi 5 oyun keçirəndən sonra klubu ilə vidalaşdı”.
Georgi Demetradzenin “Bakı”da oynaması da diqqətdən kənarda qalmayıb: “Demetradze də Azərbaycana futbol oynamağa yox, karyerasını bitirməyə gedirdi. O, yeni klubunun formasını əlində tutub deyirdi ki, məni Çinə çağırsalar da Azərbaycanı seçdim. Həmin vaxt zalı alqışlar bürümüşdü. Azərbaycanda nadir hallarda oynayırdı. Ordan gedəndən bir neçə ay sonra həbs olundu. Kriminal üzündən”.
“MKT Araz”da oynamış Artyom Bezrodnıya isə daha çox yer verilib: “Azərbaycan futbolu həm də onunla tanınır ki, Bezrodnı orada əriyib. 17 yaşında “Spartak”la Çempionlar Liqasında debüt edən futbolçu zədələrdən bezdiyi vaxt ümidi “MKT Araz” idi. Amma macəralar da orada başladı. Yarımmüdafiəçi rejimi pozur, heç kimə qulaq asmırdı. Məşqçilər onu məşqə çıxmağa da güclə dilə tuturdular. Deyilənə görə, onu bir dəfə içkili vəziyyətdə qəbiristanlıqda tapmışdılar. 2005-ci ildə gözlənilmədən itdi. Klubda qəzəbləndilər, hədə-qorxu gəldi ki, şikayət edəcəyik. Bezrodnı da klub rəhbərliyi ilə əlaqə saxladı. Bundan sonra onu narahat etmədilər. Lakin onun klub rəhbərlərinə nə dediyi bu günə kimi sirr olaraq qalır”.
“İnter”də oynamış Laki İdahorun Azərbaycan karyerasına da toxunan rusiyalılar onun bu haqda danışmaq istəmədiyini qeyd edib. “Standard”ın futbolçusu olmuş Alan Kusov da “Top-5”də yer alıb. Onun ölkəmizdə sirli hadisələrlə üzləşdiyi iddia edilir: “Standard”a keçməzdən əvvəl sirli zədə almışdı. Bunun nədən ibarət olduğu indiyədək açıqlanmayıb. Rusiyada məşqə gəlməməyə görə də klubdan qovulan futbolçu Azərbaycanda belə artıq-əskik hərəkətə yol verməyib”.
Qeyd edək ki, əsasən MDB məkanında məşhur olanlardan bəhs edən “Sovetski Sport” bir çox tanınmışları yaddan çıxarıb. Belləri arasında Azərbaycana gəlib-getmiş ən sanballı legionerlər, məsələn Emil Mpenza da diqqətdən kənarda qalıb.

0
0