Bakı polisi Araz Abdullayevin törətdiyi qəza ilə bağlı məlumat yayıb
29.03.2013 - 12:37
Bakı polisi Araz Abdullayevin törətdiyi qəza ilə bağlı məlumat yayıb
Bakı şəhər Baş Polis İdarəsi “Neftçi” futbol klubunun oyunçusu Araz Abdullayevin törətdiyi ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. İdarədən Lent.az-a verilən məlumata görə, martın 28-i saat 13:50 radələrində, Nobel prospektində Oğuz rayon sakini Araz Abdullayev idarə etdiyi «Nissan-350Z» markalı avtomaşınla Biləsuvar rayon sakinləri Gülsabah Nuriyeva və Zəminə Hüseynovanı vurub.

Nəticədə Z.Hüseynova hadisə yerində ölüb, G.Nuriyeva ağır xəsarətlərlə KTM-ə daxil olub.