“Rəvan” moldovalı müdafiəçidən yararlana biləcək
29.03.2013 - 14:56
“Rəvan” moldovalı müdafiəçidən yararlana biləcək
"Rəvan” Topaz Premyer Liqasının XXIV turu çərçivəsində sabah "Turan”la qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, paytaxt klubu artıq bu oyun üçün hazırlığını başa vurub.

Belə ki, bugünkü səhər məşqi matç öncəsi son hazırlıq olub. Komanda üzvləri "Bayıl Arena”da çalışmaqla hazırlığı başa vurub. Baş məşqçi Ramil Əliyev görüşdən əvvəl yetirmələrini elə də çox yormaq istəməyib. Ancaq futbolçuların səylə çalışmaları da diqqətdən yayınmayıb.

Qeyd edək ki, “Rəvan” yığmaların çıxışı ilə yaranmış fasilədən sonra ilk dəfə bütün kollektivlə məşq keçib. Sevindirici məqamlardan biri də komandada zədəli və cəzalı futbolçuların olmamasıdır.

Son günlər fərdi məşqlə kifayətlənən Nikolay Orlovski də komanda ilə ümumi çalışmalarda iştirak edib. Ramil Əliyev klubun rəsmi saytına açıqlamasında moldovalı müdafiəçinin "Turan”la görüşdə meydana çıxa biləcəyini söyləyib.
0