Ermənistan da Azərbaycana rəqib oldu
29.03.2013 - 15:00
AVRO-2020-nin final mərhələsinə ev sahibliyi etmək üçün daha bir şəhərin namizədliyi irəli sürüləcək. Apasport.az saytının məlumatına görə, Ermənistan Futbol Federasiyası qitə çempionatının oyunlarını qəbul etmək üçün UEFA-ya müraciət göndərəcək.
Bunu qurumun başçısı Ruben Ayrapetyan açıqlayıb. Ölkənin əsas idman qurğusu olan “Razdan” stadionunun yenidən təmir ediləcəyinə ümidli olan ermənilər paytaxt İrəvanın namizədliyini verəcək.
2020-ci ildəki qitə çempionatının final mərhələsi 13 şəhərdə keçiriləcək. Bunlardan 12-si qrup mərhələsinin 3 oyununu və pley-offda (1/8 və 1/4) 1 görüşü qəbul edəcək. 13-cü şəhər isə yarımfinal və finala ev sahibliyi edəcək.
Hər ölkə 2 sifariş edə bilər. Birincisi standart – 12 şəhərdən biri olmağa, digəri isə həlledici matçlar üçün. 2014-cü ilin sentyabrında isə UEFA İcraiyyə Komitəsi şəhərlərin adını müəyyən edəcək.
Qeyd edək ki, AFFA da Bakının AVRO-2020-nin matçlarından birinin keçirilməsinə öz namizədliyini vermək niyyətindədir. Bundan başqa, Almaniya və Ukrayna şəhərlərinin də bu siyahıda olacağı açıqlanıb.

0
0