Zirvə mücadiləsi
29.03.2013 - 16:10
Sabah Topaz Premyer Liqasında növbəti turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, XXIV turun qarşılaşmaları eyni gündə baş tutacaq.
Bütün matçların martın 30-da keçirilməsinə səbəb ertəsi gün Azərbaycanlıların Soyqırımı Günü olması ilə bağlıdır.
Turun görüşlərinə Bakıda start verilib, Lənkəranda yekun vurulacaq. Ümumiyyətlə, ilk 3 oyun paytaxtda eyni vaxtda başlayacaq. Bu qarşılaşmalarda rəqiblərini Bakıda qəbul etməyə məcbur olan 3 komanda ev sahibi olacaq.
Əsas diqqət ilk “altılıq”da final mərhələsinin II turunun oyunlarına yönələcək. Günün matçı isə çempionatın liderləri – “Neftçi” və “İnter” arasında paytaxt derbisidir. Son 2 mövsümün çempionunu zirvədən endirmək üçün “bankirlər” mütləq qələbə qazanmalıdır. Qonaqlar isə qalib gələcəyi halda, ən yaxın izləyici ilə fərqi artıracaq.
“İnter” uduzacağı halda 2-ci pillədə qalacaq. Bakılıların büdrəməsini gözləyən izləyiciləri “Simurq” və “Qarabağ” öz meydanında oynadığından qələbə qazanmaqla fərqi azaltmağa çalışacaqlar. Düzdür, onların da hər ikisini evdə çətin sınaq gözləyir. Ağdamlılar çoxdandır uda bilmədiyi “Qəbələ” ilə görüşəcək. Zaqatalalılar isə uzun məğlubiyyətsiz oyunlar seriyasını davam etdirən “Bakı” ilə qarşılaşacaq.
İkinci “altılıq”da isə günün mərkəzi qarşılaşması Lənkəranda olacaq. AZAL-ı qəbul edəcək “Xəzər Lənkəran” 7-ci yer uğrunda mübarizədə vacib xallar qazanmaq niyyətindədir. Rəqibi ilə xal fərqini minimuma endirməyə çalışacaq cənublular üçün bu oyun yeni baş məşqçi Con Toşakın rəhbərliyi altında ilk matç olacaq. Uelslinin ölkəmizdəki debüt etdiyi gündə “Sumqayıt” “Kəpəz”i, “Turan” “Rəvan”ı qəbul edəcək.
Bu görüşlər daha çox Premyer Liqada qalmaq uğrunda mübarizə baxımında əhəmiyyət kəsb edir.
30 mart
15:00. “Sumqayıt” – “Kəpəz”
“Bayıl Arena” stadionu
Təsnifat mərhələsindəki oyunlar: 0:0, 2:1
15:00. “Turan” – “Rəvan”
“Dalğa Arena” stadionu
Təsnifat mərhələsindəki oyunlar: 2:2, 0:2
15:00. “Qarabağ” – “Qəbələ”
Tofiq Bəhramov adına Respublika stadionu
Təsnifat mərhələsindəki oyunlar: 1:2, 1:1
17:00. “İnter” – “Neftçi”
“Şəfa” stadionu
Təsnifat mərhələsindəki oyunlar: 1:1, 0:2
17:00. “Simurq” – “Bakı”
Zaqatala şəhər stadionu
Təsnifat mərhələsindəki oyunlar: 0:0, 0:0
18:00. “Xəzər Lənkəran” – AZAL
Lənkəran şəhər mərkəzi stadionu
Təsnifat mərhələsindəki oyunlar: 2:0, 1:2
Bombardir: Nikolas Kanales (Neftçi) –20

komanda | o | q | h | m | t | x | |
1 | Neftçi | 23 | 14 | 3 | 6 | 48-25 | 45 |
2 | İnter | 23 | 12 | 8 | 3 | 26-13 | 44 |
3 | Simurq | 23 | 10 | 9 | 4 | 26-15 | 39 |
4 | Qarabağ | 23 | 10 | 9 | 4 | 30-20 | 39 |
5 | Qəbələ | 23 | 9 | 5 | 9 | 27-29 | 32 |
6 | Bakı | 23 | 6 | 13 | 4 | 25-16 | 31 |
7 | AZAL | 23 | 8 | 8 | 7 | 35-26 | 32 |
8 | Xəzər L | 23 | 7 | 7 | 9 | 32-28 | 28 |
9 | Sumqayıt | 23 | 6 | 7 | 10 | 24-39 | 25 |
10 | Rəvan | 23 | 7 | 4 | 12 | 24-36 | 25 |
11 | Turan | 23 | 6 | 5 | 12 | 24-39 | 23 |
12 | Kəpəz | 23 | 2 | 4 | 17 | 13-48 | 10 |
Bombardir: Nikolas Kanales (Neftçi) –20
0
0