Maskerano Abidalı təbrik etdi
29.03.2013 - 22:06
Maskerano Abidalı təbrik etdi
Bildiyiniz kimi, ötən ilin aprel ayında qaraciyərindən cərrahiyə əməliyyatı olunan “Barselona”nın müdafiəçisi Erik Abidal artıq komandasının heyətində məşqlərə başlayıb. Apasport.az saytının məlumatına görə, fransalı futbolçunun qayıdışı ilə əlaqədar olaraq, Xavyer Maskerano onu sosial şəbəkələrin birində paylaşdığı şəkillə təbrik edib.

Argentinalı yarımmüdafiəçi “O, qayıtdı. Təbrik edirəm Abi”- yazaraq, onun qayıdışına sevincini gizlətməyib.

Qeyd edək ki, Abidal sabah İspaniya La Liqasının 29-cu turu çərçivəsində “Selta”ya qarşı matç üçün Kataloniya klubunun heyətində səfərə yola düşəcək