Lizarazyu Bekhemi tənqid etdi
29.03.2013 - 23:12
Fransa yığma komandasının sabiq müdafiəçisi Vinsent Lizarazyu PSJ-nin yarımmüdafiəçisi Devid Bekhemi tənqid edib. Apasport.az saytının məlumatına görə, buna 37 yaşlı ingilis futbolçunun Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin “Barselona” ilə oyundan əvvəl Çinə baş çəkməsi səbəb olub.
Veteran oyunçu Bekhemin DÇ-2014-ün seçmə mərhələsi ilə əlaqədar olaraq matçlarda yaranan fasilə zamanı futbolun səfiri kimi Uzaq Şərqdə olmasını yanlış kimi qiymətləndirir: “Mən hesab edirəm ki, mövsümün ən əhəmiyyətli oyununa qədər 10 gün ərzində Çinə səyahət hazırlığın yanlış gedişidir. Heç bir klubda belə oxşar hadisə olmayıb. Kimsə öz oyunçusuna bu qədər icazə verməz. Bu qeyri-peşəkarlıqdır. Bekhem marketinqin alətidir və ya futbolçudur? Bunu bütün dünyada danışırlar. Onu futbolçu adlandırmaq lazım deyil”.
Qeyd edək ki, Devid Bekhem Çin futbolunun səfiri təyin edilib. O, bir neçə gün bundan əvvəl Asiya təmsilçisini baş çəkərək bir neçə şəhərin stadionlarında olmuşdu.

0
0