Yarmolenko Şevçenko və Rebrovun rekordlarını qırıb
29.03.2013 - 23:51
Kiyev “Dinamo”sunun yarımmüdafiəçisi Andrey Yarmolenko Ukrayna milli komandasının heyətində mütləq rekorda sahib olub. Apasport.az saytının məlumatına görə, gənc futbolçu yığmasının heyətində Polşa (3:1) və Moldavanın (2:1) qapısına vurduğu qolla Andrey Şevçenko və Serqey Rebrovun nailiyyətlərini üstələməyi bacarıb.
Belə ki, Yarmolenko DÇ-2014-ün seçmə mərhələsində polşalılarının qapısından keçirdiyi topla qollarının sayını 10-a çıxarıb. Bununla da o, gənc futbolçu olaraq Şevçenkonun analoji nailiyyətini təkrarlayıb. Moldava ilə qarşılaşma da fərqlənən Andrey “Dinamo”nun digər əfsanəvi futbolçusunun rekordunu da qırmış olub.
Qeyd edək ki, 23 yaşlı Yarmolenko bu rekordu 29 matçda qırıb. Şevçenko isə 11-ci qolunu 24 yaşı olarkən vurub. Rebrova gəldikdə o, bu topları 31 oyunda fərqlənib.

0
0