“Milan” “Kyevo”nun qarşısına ciddi itkilərlə çıxacaq
30.03.2013 - 00:05
“Milan” “Kyevo”nun qarşısına ciddi  itkilərlə çıxacaq
“Milan”ın baş məşqçisi Massimiliano Alleqri İtaliya A seriyasının 30-cu turu çərçivəsində “Kyevo”ya qarşı matç üçün 23 futbolçunun adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis bu görüşdə komandasının 3 əsas oyunçusunun xidmətindən yaralana bilməyəcək.

Bunlar hücumçu Ciampaolo Passini, yarımmüdafiəçisi Kevin-Prins Boatenq və müdafiəçisi Kristian Zapatadır. Bir müddətdir komandadan uzaq qalan Passini zədəsini bərpa edə bilməyib. Boatenqin isə məşqdə əzələsi dartılıb. Kolumbiya müdafiəçi isə millinin heyətində yorğun qayıtdığı üçün start heyətə salınmayıb.

Qeyd edək ki, “Kyevo” - “Milan” matçı martın 30-da baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayaacq.