“Qəbələ” ukraynalıları 3 qolla üstələdi
30.03.2013 - 00:35
“Qəbələ” ukraynalıları 3 qolla üstələdi
Ukraynanın Donetsk şəhərində təlim-məşq toplanışını davam etdirən “Qəbələ”nin 14 yaşa qədər futbolçulardan ibarət komandası sözügedən ölkədə ilk yoxlama oyununu keçirib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, yerli "Şaxtyor-2" kollektivi ilə üz-üzə gələn təmsilçimiz rəqibinə heç bir şans verməyib.

Oyunu yüksək səviyyədə keçirən “qırmızı-qaralar” ukraynalıların qapısından 3 cavabsız top keçiriblər. Komandaya qələbə gətirən qollara İlkin Abdullayev, Osman Soltanov və Murad Qayalı imza atıb.

Qeyd edək ki, təmsilçimiz Ukraynada növbəti oyununu martın 31-i keçirəcək. 2-ci sınaq matçında “Qəbələ” “Şaxtyor”la qarşılaşacaq.