Kloze yenidən yaşıl meydanlara qayıdır
30.03.2013 - 02:10
Kloze yenidən yaşıl meydanlara qayıdır
“Latsio”nun hücumçusu Miroslav Kloze uzun müddət aradan sonra yenidən komandasının heyətinə qayıdıb. Apasport.az saytının məlumatına görə, almaniyalı futbolçu İtaliya A seriyasının 30-cu turu çərçivəsində “Katanya”ya qarşı oyunun 22 nəfərlik siyahısına daxil edilib.

Zədəsini tam olaraq sağaldan Kloze, böyük ehtimalla bu gün doğma publika önündə forma geyinəcək.

Qeyd edək ki, Kloze axırıncı dəfə Roma təmsilçisinin heyətində fevralın 3-də “Cenoa” ilə qarşılaşmada meydana çıxıb. Ev sahiblərinə 3:2 hesabı ilə uduzduqları matçda Miroslav dizindən zədələnərək sıradan çıxmışdı.

Həmçinin Kloze bu mövsüm İtaliya çempionatında 20 oyunda forma geyinib və 10 qola imza atıb.
0