Yığmamızın futbolçusu oynadı, komandası qazandı
30.03.2013 - 03:08
Latviya çempionatında 2013-2014 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, açılış oyununda Azərbaycan millisinin futbolçusu Vüqar Əsgərovun komandası “Metallurq”la “Metta/LU” klubları münasibətlərinə aydınlıq gətirib.
Görüşdə ev sahibləri rəqibini darmadağın edib – 4:0.
Qeyd edək ki, bu qarşılaşmada yığmamızın hücumçusu da forma geyinmə şansı əldə edib. Əsgərov meydana start heyətdə çıxsa da, matçın 55-ci dəqiqəsində komanda yoldaşı ilə əvəzlənib. Həmçinin “Qəbələ”nin sabiq qapıçısı Pavel Doroşev də təmsilçimizlə birgə matça ilk “11-lik”də başlayıb. Lakin Vüqardan fərqli olaraq Doroşev meydanda 90 dəqiqə mübarizə aparıb.

0
0