Abışovun Rusiya çempionatında debüt şansı
30.03.2013 - 04:16
Abışovun Rusiya çempionatında debüt şansı
Bu gün Rusiya Premyer Liqasında 22-ci turun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Ruslan Abışovun yeni komandası “Rubin” Moskva “Lokomotiv”i ilə qarşılaşacaq.

Görüş Kazanda baş tutacaq. Bakı vaxtı ilə saat 13:30-da başlayacaq olan matçda həmyerlimizin Rusiya Premyer Liqasında debütü ola bilər.

Qeyd edək ki, Moskva təmsilçisinin heyətində əslən azərbaycanlı olan Rusiya yığmasının futbolçusu Aleksandr Səmədov çıxış edir. Əgər hər iki komandanın baş məşqçiləri oyunda Ruslanla Səmədova şans versə, onda iki azərbaycanlı futbolçunun qarşılaşması ilə yadda qalacaq.

Turnir cədvəlinə gəldik də isə 21 turdan sonra “Rubin” 35 xalla 6-cı pillədə qərarlaşıb. Kazan təmsilçisindən 3 xal az olan “Lokomotiv” isə 9-cu yerdədir.