“Mançester Siti”nin müdafiəçisi futbol klubu aldı
30.03.2013 - 07:30
“Mançester Siti”nin müdafiəçisi futbol klubu aldı
Belçika milli komandasının və “Mançester Siti”nin müdafiəçisi Vensan Kompani ölkəsinin 3-cü divizionunda çıxış edən “Bleyd” klubunun sahibi olub. Apasport.az saytının məlumatına görə, təcrübəli futbolçu aldığı yeni komandasında ciddi dəyişikliklər aparacaq.

“Bleyd”ə isə Kompaninin bacısı rəhbərlik edəcək: “Mən “Mançester Siti” və Belçika yığmasının formasını geyinirəm. Ona görə Brüssel klubuna mənim bacım rəhbərlik edəcək. Biz gənc futbolçulara üstünlük verməyi düşünürük. Hazırda Belçikada bütün rəhbər vəzifələrdə kişilər çalışır. Mənim bacım bu şablonu qırmağa çalışacaq”.

Qeyd edək ki, Kompaninin aldığı klubun adı və rəngləri dəyişdiriləcək.