Millimiz Moldova ilə yoldaşlıq oyunu keçirəcək
30.03.2013 - 10:42
Millimiz Moldova ilə yoldaşlıq oyunu keçirəcək
19 yaşadək futbolçulardan ibarət yığmamız (U-19) Moldovaya gedəcək. Apasport.az saytının məlumatına görə, Arif Əsədovun yetirmələri apreldə həmin ölkədə 2 yoldaşlıq oyunu keçirəcək.

Belə ki, U-19 aprelin 10-da moldovalı həmyaşıdları ilə üz-üzə gələcək. 2 gün sonra isə həmin komandalar revanş matçına çıxacaq. Oyunların hansı şəhərdə baş tutacağı açıqlanmasa da, paytaxt Kişinyovda keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, U-19 ötən ay Finlandiya və Estoniyada hazırlıq keçib. Arif Əsədovun yetirmələri toplanış çərçivəsində Finlandiya U-18-nə uduzub (0:1), Estoniya U-17-ni darmadağın edib (4:0), sonuncu oyunda isə estoniyalı həmyaşıdları ilə heç-heçə edib (1:1).