“Kəpəz”də 3 itki
30.03.2013 - 14:09
“Kəpəz”də 3 itki
"Sumqayıt"a qarşı oyunda "Kəpəz" bir neçə əsas futbolçusunun xidmətindən yararlana bilməyəcək. Apasport.az saytının məlumatına görə, Gəncə klubunun kapitanı və qapıçısı Xəyal Zeynalov cəzalıdır.

Digər futbolçulardan Cəmşid Məhərrəmov və türkmənistanlı Pirkulı Saparovun da zədəsi var. Onlar çox güman ki, gənclik şəhərinin təmsilçisi ilə görüşdə oynamayacaq.