Rövnəq Abdullayev: Berti Foqts öz işini sevə-sevə görür
30.03.2013 - 14:32
AFFA prezidenti Rövnəq Abdullayev milli komandanın almaniyalı baş məşqçisi Berti Foqtsun işindən razıdır. Apasport.az saytının məlumatına görə, assosiasiya rəhbəri jurnalistlərə açıqlamasında dünya çempionatının seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan və Portuqaliya milli komandalarının oyunu zamanı stadionda "İstefa!" şüarının səslənməsinə münasibət bildirib və deyib ki, Berti Foqts peşəkardır və öz işinin öhdəsindən yaxşı gəlir.
"Berti Foqts işini sevə-sevə görür", - AFFA prezidenti əlavə edib.
Abdullayev hamı kimi millimizin Portuqaliyaya uduzmasından təəssüfləndiyini vurğulayıb.
"Rauf Əliyevin qırmızı vərəqə alması komandamıza psixoloji təsir etdi. Bundan əlavə, bəzi azarkeşlərin "İstefa!" və arzuolunmaz şüarlar səsləndirməsi futbolçulara psixoloji təsir edirdi", - AFFA prezidenti bildirib.
Trend.az

0
0