Ruslan Abışova ehtiyac duyulmadı
30.03.2013 - 15:33
Milli komandamızın və “Rubin”in futbolçusu Ruslan Abışov bu gün ilk dəfə debüt etməyə çox yaxın olub. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən “Rubin” – “Lokomotiv” oyununun protokolunda Ruslanın da adı olsa da, baş məşqçi Kurban Berdıyev dayaq yarımmüdafiəçisi qismində futbolçumuza ehtiyac duymayıb.
O, görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib. Onun komandası isə millimizə Bakıda qol vuran İsrail yığmasının yarımmüdafiəçisi Bibras Natxo və Vladimir Dyadyunun qolları ilə rəqibinə qalib gəlib – 2:0.

0
0