“Xəzər Lənkəran”da yeni təyinat rəsmiləşdi
30.03.2013 - 17:55
AZAL ilə oyun öncəsi “Xəzər Lənkəran”da yeni təyinat gerçəkləşib. Apasport.az saytının məlumatına görə, klubun mətbuat xidmətinə bu gün rəsmən yeni rəhbər təyin olunub.
Belə ki, bundan sonra bu vəzifəni “Futbol+” qəzetinin Lənkəran müxbiri kimi tanıdığımız Hüseyn Cəbrayıloğlu tutacaq. Cəbrayıloğlunun təyinatla bağlı fikirləri belə oldu: “Onsuz da mən “Xəzər Lənkəran” camiəsinə yad sima deyildim. Mənə klubdan bu təklif gələndə deyildi ki, gələn il klubun 10 illiyi tamam olur. Yaxın gələcəkdə böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Rəhbərlik istəyir ki, klub daxilində peşəkar şəxslər çalışsın. Mən də “Xəzər Lənkəran”a əlimdən gələni köməkliyi etmək, bu layihələrdə iştirak etmək üçün rəhbərliyin bu təklifini qəbul etdim. İnşallah, yaxın gələcəkdə klub adından söz etdirəcək”.
Qeyd edək ki, əvvəl bu vəzifəni Yalçın Əliyev yerinə yetirirdi. Əliyev Rusiyanın “İnterfax” agentliyinin Azərbaycan bürosunda əvvəlki vəzifəsinə qayıdıb.

0
0