Bosniya və Herseqovina pley-offda
31.03.2013 - 00:19
Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində qrup oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 2-ci qrupda mübarizə aparan Azərbaycan millisinin Slovakiya yığmasını (2:1) məğlub edib növbəti mərhələyə keçdiyi gün qrupda mübarizə aparan digər komandalar da münasibətlərinə aydınlıq gətirib.
Bunlar, Bosniya və Herseqovina ilə Norveç milliləri olub. Görüşdə birincilər 4:0 hesabı ilə qalib gələrək pley-offa vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan yığması ilk turda Norveçi 6:0, Bosniya və Herseqovinanı isə 3:2 hesabı ilə üstələmişdi.

0
0