“Fənərbaxça” lideri izləməkdə davam edir
31.03.2013 - 23:05
“Fənərbaxça” lideri izləməkdə davam edir
Türkiyə Superliqasında 27-ci turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci matç günündə dörd qarşılaşma baş tutub.

Bu oyunların üçündə sevinən tərəf meydan sahibləri olub. Həmçinin hər üç görüşdə eyni hesablar qeydə alınıb.

Belə ki, “Kasımpaşa” “Bursaspor”u, “Trabzonspor” “Antalyaspor”u, “Fənərbaxça” isə “Akhisar BS”ni 2 topla üstələyib.

Bir qarşılaşmada - “Elazığspor” – “Gənclərbirliyi” matçında isə tərəflər xalları yarı bölüb - 1:1.

Qeyd edək ki, Türkiyə Superliqasında 27-ci turun oyunlarına aprelin 1-də yekun vurulacaq.


Türkiyə Superliqası
27-ci tur
30 mart
“Qaziantepspor” – “Əskişəhərspor” – 2:0
Medunyanin, 26, C.Tosun, 37

“Qalatasaray” – “İstanbul BB” – 2:0
Burak, 23; 35

“Sivasspor” – “Orduspor” – 3:2
Eneramo, 5, Arslan, 85, Pedriel, 90 – Barral, 15; 76

31 mart
“Kasımpaşa” – “Bursaspor” – 2:0
İbriçiç, 26, Uçe, 90

“Trabzonspor” – “Antalyaspor” – 2:0
Volkan, 27, Öztekin, 82

“Elazığspor” – “Gənclərbirliyi” - 1:1
Sane, 86 - Kulusiç, 17

“Fənərbaxça” – “Akhisar BS” - 2:0
Vebo, 47, Sou, 83

1 aprel
“Karabükspor” – “Kayserispor”
“Mersin İdmanyurdu” – “Beşiktaş”
0