Yuran yenidən Azərbaycana gəlir
01.04.2013 - 08:13
Zaqatalanın “Simurq” klubunun sabiq baş məşqçisi Sergey Yuran karyerasını yenidən Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bunu 44 yaşlı mütəxəssisin özü açıqlayıb.
Son iş yeri Rusiyanın “Sibir” klubu olan Yuran ölkəmizdən aldığı təklifi yaxın müddətdə dəyərləndirəcək: “Hələlik evdəyəm. İndi heç olmasa evdə uşaqlar üzümü görür, məni tanıyır. Gələcək işlə bağlı ilkin görüşlər var. Aprelin sonu, mayın əvvəlində vəziyyət daha da konkretləşəcək. Yaxın xaricdən – Azərbaycan və Qazaxıstandan maraq göstərirlər. Lakin özüm Rusiyada çalışmaq istəyirəm”.
Qeyd edək ki, Yuran 2011/12 mövsümünün ilk 21 turunda “Simurq”da çalışıb.

0
0