Dadaşov oynamadı, Təməltaş isə meydanda oldu
01.04.2013 - 09:49
Dadaşov oynamadı, Təməltaş isə meydanda oldu
“Kayzerslautern”ın 23 yaşadək futbolçulardan ibarət komandası Almaniya Regionalliqasının “Cənub-Qərb” zonasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, gənc “qırmızı iblislər” səfərdə “Eşborn”un qonağı olub.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu görüşdə əsas millimizin hücumçusu Rüfət Dadaşov oynamayıb. Ancaq martın 15-16-da Bakıda, 17-dən 28-dək isə Avstriyada U-21-in toplanışında iştirak edən Timur Təməltaş meydanda olub. O, 81-ci dəqiqədə ilk qolun müəllifi olan hücumçu Yan-Lukas Dorovu əvəzləyib. Bu qələbə “Kayzerslautern”in turnir cədvəlinin lideri olmasına səbəb olub.

Qeyd edək ki, Rüfət Dadaşov millinin Lüksemburq və Portuqaliya ilə matçlarının iştirak ərizəsində yer alsa da, meydana çıxmamışdı.