Rusiya yığması qapıçımızı “oğurladı”
01.04.2013 - 10:11
Rusiya və Ukraynanın futzal veteranları arasında yoxlama görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, Kiyevdəki qarşılaşmada (3:3) Azərbaycan millisinin sabiq üzvü də meydana çıxıb.
Belə ki, yığmamızın heyətində Avropa çempionatlarının final mərhələlərində oynamış Andrey Tveryankin həmin matçda Rusiyanın şərəfini qoruyub. Qitə çempionatları tarixinə ən yaşlı futzalçı kimi düşən milliləşən legionerimiz bu dəfə doğma vətəninin yığmasında özünü göstərib.
Ukraynalı həmkarlarımız da onun haqda xoş sözlər yazıblar: “Bütün ukraynalı azarkeşlərin Azərbaycan yığmasından yaxşı xatırladığı Andrey Tveryankin yenə sübut etdi ki, illər ona hökm edə bilmir”.
Qeyd edək ki, Rusiya yığmasında daha bir tanış sima – 2006-cı ildə “Araz”ın baş məşqçisi olmuş Arkadi Belıy da çıxış edib.

0
0