“Qarabağ”ın qırdığı tilsim
01.04.2013 - 10:30
“Qarabağ” “Qəbələ” ilə oyunlarda tilsimi qırıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi 2 illik fasilədən sonra rəqibinə qalib gəlib. Bu, Topaz Premyer Liqasının XXIV turunda Tofiq Bəhramov adına Respublika stadionunda 1:0 hesabı ilə nəticələnən oyununda gerçəkləşib.
Bununla, “Qarabağ” ölkə kubokunu da nəzərə alsaq 10 oyunluq seriyaya son qoyub. Belə ki, Qurban Qurbanovun komandası sonuncu dəfə qəbələliləri hələ Toni Adamsın baş məşqçiliyi vaxtında – 2011-ci ilin fevralın 13-də məğlub etmişdi – 3:0. Onda da evdə buna nail olan Ağdam təmsilçisi Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda sevinmişdi.
Düzdür, “Qarabağ” son 2 mövsümdə kubokun 1/4 finalında üzləşdiyi “Qəbələ”ni keçə bilir. Ancaq bu 4 oyunun hamısının heç-heçə nəticələndiyi və ağdamlıların səfər qolu sayəsində rəqibindən üstün olduğunu nəzərə almaq lazımdır. İndi isə braziliyalı futbolçu Riçard Almeydanın vurduğu qol sayəsində 776 gün gözlənilən qələbə oldu.

0
0